İmişli “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq

İmişli “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.
İncəsənət
6 Noyabr , 2018 10:19
İmişli “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da İmişli “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunacaq.

"Report" xəbər verir ki, konsert İmişli Rayon İcra Hakimiyyəti və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə baş tutacaq.

Konsert proqramında əməkdar artist Tünzalə Ağayeva çıxış edəcək. Daha sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdiriləcək.

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. 

Son xəbərlər

Orphus sistemi