Yuxarı

“İçəriŞəhər” filminin təqdimat mərasimi olacaq

Təqdimat mərasimi martın 1-də Nizami Kino Mərkəzində keçiriləcək

Bakı. 19 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəriŞəhər” tammetrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.

Bu barədə “Report”a Nizami Kino Mərkəzindən məlumat verilib.

Filmin qala gecəsi martın 1-də baş tutacaq. Qala-gecədə filmin yaradıcı heyəti iştirak edəcək.

Xatırladaq ki, psixoloji dram janrında olan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.

Yeni ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi