Yuxarı

"İçərişəhər" Dövlət Memarlıq Qoruğunda 20 Yanvar şəhidləri anılıb

Müqəddəs məkan filminə baxış olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbir keçirilib.

"Report" xəbər verir ki, anım tədbiri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, deputatlar Ziyad Səmədzadə və Qənirə Paşayeva iştirak edib.

Tədbirdə şəhidlərin ailə üzvləri və qonaqlar 20 Yanvarla bağlı çıxışlar ediblər. 

Sonda AZTV-nin çəkdiyi "Müqəddəs məkan" sənədli filmi nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi