Yuxarı
    Bağlamaq

    “İçəri Şəhər” filminin kinoteatrlarda nümayişinə başlanılır - VİDEO

    Ekran əsəri hazırda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında nümayiş olunur

    Bakı. 14 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fevralın 16-dan etibarən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “İçəri Şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılacaq.

    "Report" xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

    Ekran əsəri hazırda Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalında nümayiş olunur. 

    Xatırladaq ki, film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 21-ci Kerala, 15-ci “Pune”, 7-ci “Yaşvant” və 9-cu Benqaluru Beynəlxalq Film Festivallarında iştirak edib. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

    Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

    Filmdə baş rollarda Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri çəkiliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi