Yuxarı

I Avropa Oyunları zamanı Bakı teatrlarında gözlənilən yeniliklər açıqlanıb

Teatr mövsümü Avropa Oyunlarından sonra başa çatacaq

Bakı. 24 aprel. REPORT.AZ/ "I Avropa Oyunları keçiriləcəyi günlərdə Bakı şəhərindəki bütün teatrlar işləyəcək". Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.

Onun sözlərinə görə, teatr mövsümü I Avropa Oyunları bitənədək davam edəcək. Şöbə müdiri bildirib ki, Avropa oyunları keçiriləcəyi müddətdə, bazar ertəsi istisna olmaqla hər gün teatrlarda tamaşalar nümayiş etdiriləcək.

V.Şıxəmmədov vurğulayıb ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, GəncTamaşaçılar və Rus Dram Teatrlarında göstəriləcək tamaşalar rus və ingilis dillərində sinxron tərcümə ilə nümayiş olunacaq: "Oyunları izləmək üçün Bakıya gələn qonaqlar istədikləri tamaşaya baxmaq imkanı əldə edəcəklər. Onlar öz seçimləri əsasında teatra gələ bilərlər. Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan və hər ay Bakıda fəaliyyət göstərən mehmanxanalara paylanılan “Baku Guide” kataloqunun həmin dövr üçün xüsusi buraxılışı dərc ediləcək. Bu nəşrin qonaqların yerləşəcəyi mehmanxanalarda, tədbirlərin keçiriləcəyi obyektlərdə yayımı nəzərdə tutulub.

Keçiriləcək bütün tədbirlər, Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılması üçün nəzərdə tutulub". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi