Yuxarı

I Avropa Oyunları dövründə Nizami Kino Mərkəzində filmlərə bilet pulsuz olacaq

Kino Mərkəzi Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Nizami Kino Mərkəzi "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı xüsusi repertuar hazırlayıb.

"Report" xəbər verir ki, iyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqların üzünə açıq olacaq. Kinomərkəz repertuarına xarici dilə tərcümə olunmuş tammetrajlı milli bədii filmləri və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxıl edib.

Filmlərin siyahısına milli bədii kinofilmlər "Nabat", "Çölçü", "Girov", "Ovsunçu", "Aktrisa", "İlahi məxluq" , "Hökmdarın taleyi", "40-cı qapı", "Axınla aşağı", "Dərvişin qeydləri", "Qafqaza qayıdış", "Sahə", "Niyyət",  "Buta" daxil edilib. 

Sənədli və qısametrajlı filmlər sırasında "Keçmişə qaçış", "Səhra boksçusu", "London səhnələri", "Səssiz idman", "Zirvədə həyat", "Oyundankənar", "Qalib", "Oyun sevgisi", "Slec xokkey", "Valeri Brumel", "Təşəkkür edirəm, doktor", "Top həm düşər, həm qalxar", "Həmişə analar günündə", "Çovqan", "Rəqs et" filmləri var. 

Filmlər ingilis dilində subtitrlərlə təqdim olunacaq.

Qeyd edək ki, filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi