Hindistanın tanınmış musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək

Hindistanın tanınmış musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək “Indian Ocean” Hindistanda və ölkə xaricində musiqisevərlər tərəfindən həmişə böyük coşqu ilə qarşılanıb
İncəsənət
5 Sentyabr , 2017 20:21
Hindistanın tanınmış musiqi qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Hindistanın “Indian Ocean” musiqi qrupu sentyabrın 10-14-də Azərbaycana səfər edəcək. 

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, musiqi qrupu sentyabrın 11-i saat 19:00-da Bakı şəhərində, Dənizkənarı Milli Parkda və sentyabrın 13-ü saat 19:00-da Sumqayıt şəhərində Dənizkənarı bulvarda canlı musiqi proqramları ilə çıxış edəcəklər. Konsertlərə giriş sərbəst olacaq.

“Indian Ocean” Hindistanda və ölkə xaricində musiqisevərlər tərəfindən həmişə böyük coşqu ilə qarşılanıb və böyük uğurlara imza atıb. 

“Indian Ocean” musiqi qrupunun səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsidir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqisevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edirlər. 

Son xəbərlər

Orphus sistemi