Yuxarı

Heydər Əliyev Sarayında “jAzzeri Bands”konserti keçiriləcək

Konsert aprelin 16-da baş tutacaq

Bakı. 10 mart. REPORT.AZ/ Aprelin 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “jAzzeri Bands” caz musiqisi axşamında Respublikanın əməkdar artisti Rəşad Haşımovun rəhbərliyi ilə “Rast” qrupu, Elçin Şirinov (piano), Vlada Axundova və qrupu, Rilaya və qrupu, Leyla Kafari və qrupu, Aysel Mamedova (piano) və Jazzer Band (Caz orkestri) iştirak edəcək.

Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi