Yuxarı

​"Harri Potter"in ulduzu Alan Rikman vəfat edib

Britaniyalı aktyor 70 yaşında xərçəng xəstəliyindən ölüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Əfsanəvi britaniyalı teatr və kino aktyoru Alan Rikman cümə axşamı 70 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, gənc nəslə Harri Potter haqqında çəkilən filmlərdəki professor Severus Sneyp rolu ilə məlum olan aktyor xərçəng xəstəliyindən ölüb.

Rikmanın karyerasında "Çətin ölüm", "Ətriyyatçı: bir qatilin tarixçəsi", "Ağıl və hiss", "Rasputin" kimi filmlər olub. O ümumilikdə 50 filmə çəkilib, çoxsaylı teatr işinə imza atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi