​"Harri Potter"in ulduzu Alan Rikman vəfat edib

​"Harri Potter"in ulduzu Alan Rikman vəfat edib Britaniyalı aktyor 70 yaşında xərçəng xəstəliyindən ölüb
İncəsənət
14 Yanvar , 2016 22:46
​Harri Potterin ulduzu Alan Rikman vəfat edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Əfsanəvi britaniyalı teatr və kino aktyoru Alan Rikman cümə axşamı 70 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, gənc nəslə Harri Potter haqqında çəkilən filmlərdəki professor Severus Sneyp rolu ilə məlum olan aktyor xərçəng xəstəliyindən ölüb.

Rikmanın karyerasında "Çətin ölüm", "Ətriyyatçı: bir qatilin tarixçəsi", "Ağıl və hiss", "Rasputin" kimi filmlər olub. O ümumilikdə 50 filmə çəkilib, çoxsaylı teatr işinə imza atıb.

Son xəbərlər

Orphus sistemi