Yuxarı

Hamlet Qurbanovun doğum günüdür

Mərhum aktyorun 77 yaşı tamam olur

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr və kino aktyoru, mərhum sənətkar Hamlet Qurbanovun doğum günüdür.

"Report" xəbər verir ki, Hamlet Qurbanovun 77 yaşı tamam olur.

Azərbaycanın teatr səhnəsində və kino ekranında maraqlı obrazlar yaradan Hamlet Qurbanov 1938-ci ildə Bakıda görkəmli teatr və kino aktyoru Ağadadaş Ağayev və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. Mərhum aktrisa Gülşən Qurbanovanın ata bir, ana ayrı qardaşıdır.

H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədovun kursunu bitirib. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb.

C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış edib. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilib.

Azərbaycan televiziyasının çəkdiyi televiziya tamaşalarında yaratdığı obrazlar ona məşhurluq gətirib. Hamlet Qurbanonun ən uğurlu obrazı kimi rejissor Ramiz Həsənoğlunun quruluşunda, dahi H.Cavidin "Topal Teymur" televiziya tamaşasında yaratdığı Yıldırım Bəyazit obrazının adını çəkmək olar.

Hamlet Qurbanov 1995-ci il noyabrın 13-də xərçəng xəstəliyindən vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi