Gürcüstanda beynəlxalq caz festivalının açılışı olacaq

Gürcüstanda beynəlxalq caz festivalının açılışı olacaq Tədbirdə dünyanın tanınmış caz ifaçılarıı çıxş edəcəklər
İncəsənət
27 İyul , 2017 12:43
Gürcüstanda beynəlxalq caz festivalının açılışı olacaq

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Gürcüstanın Batumi şəhərində beynəlxalq “Qara dəniz caz festivalı"nın (“Black Sea Jazz Festival”) açılışı olacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, hər il keçirilən musiqi festivalı iyulun 30-dək davam edəcək.

Tədbirdə dünyanın tanınmış caz ifaçıları, o cümlədən Britaniyanın “Jamiroquai” musiqi qrupu, ABŞ-ın “De La Soul” triosu və başqaları çıxş edəcəklər.

Festival Gürcüstan hökumətinin layihəsidir. Onun təşkilatçıları “TVS Bank” və “Eastern Proomotions” şirkətidir.

Son xəbərlər

Orphus sistemi