“Gözlə məni” Rusiya səhnəsində nümayiş olunub

“Gözlə məni” Rusiya səhnəsində nümayiş olunub Tamaşanın premyerası dekabrın 16-17-də baş tutub
İncəsənət
20 Dekabr , 2016 20:45
“Gözlə məni” Rusiya səhnəsində nümayiş olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiyada nümayiş olunan "Gözlə məni" tamaşasına görə mükafatlandırılıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında Əməkdar yazıçı-dramaturq Əli Əmirli tərəfindən qələmə alınan pyes əsasında hazırlanan tamaşanın rejissoru Bəhram Osmanovdur.

Bildirilib ki, tamaşaya görə  rejissora “Kalmıkiya kazaklarının 25 illik yubileyi” və “Qallipoli” medalları Andrey Pervozvannıy adına Fond tərəfindən təqdim olunub.

Səhnə əsərinin  bəstəkarı Kalmılkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev, rəssamı Yelena Varovadır.

Tamaşada Respublikasının Əməkdar Artisti Vyaçeslav Xurqunov, Tamara Paltınova, Sandji Pursyakov, Marina Kikeyeva, Badma Püryeyev, Tatyana Zarayeva, aktyorlar Elza Bembeyeva, Yuliya Mudjiyeva, Baira Mandjiyeva, Oçir Erdneyev, Erencer Aveşkiyev, Burça Orqadıkov iştirak ediblər.

Qeyd olunub ki, tamaşanın premyerası dekabrın 16-17-də baş tutub.

Son xəbərlər

Orphus sistemi