Yuxarı

Görkəmli kinoşünas mükafatlandırılıb

Tədbir Azərbaycanfilm Kinostudiyasında keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında milli kino sənətimizin görkəmli tədqiqatçısı, kino salnaməmizin öyrənilməsinə böyük töhfələr vermiş, bu işdə müstəsna xidmətləri olmuş kinoşünas Aydın Kazımzadənin 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov kino tədqiqatçısı olmaqla yanaşı, həm də gözəl pedaqoq olan Aydın Kazımzadənin uzun illərdir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində gənc kino mütəxəssislərinin yetişməsində bütün bilik və bacarığını əsirgəmədiyindən danışıb.

M.Hətəmov bildirib ki, Azərbaycan kinosunun tarixi, kinoda çalışan insanlar haqqında onlarla kitabın müəllifi və “Azərbaycan kino ensiklopediyası”nın tərtibçisi olan Aydın Kazımzadənin 50 ildən artıq kino sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən layiqincə qiymətləndirilib, əməkdar incəsənət xadimi fəxri adına, Prezident təqaüdünə layiq görülüb.

Qeyd edək ki, sonda "Azərbaycanfilm" Kinostudiyasının kollektivi adından Aydın Kazımzadəni 75 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı və kinomuzun inkişafı naminə gördüyü işlərdə uğurlar diləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi