Gəncə teatrında "Şəhrizadın oyunu" tamaşasının premyerası olub

Gəncə teatrında "Şəhrizadın oyunu" tamaşasının premyerası olub Əsər türk yazıçısının pyesi əsasında hazırlanıb
İncəsənət
4 May , 2015 10:22
Gəncə teatrında Şəhrizadın oyunu tamaşasının premyerası olub

Bakı. 4 may. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrında türk dramaturqu Turqay Narın "Şəhrizadın oyunu" əsəri əsasında hazırlanan tamaşanın premyerası olub. Bu barədə "Report"a Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov məlumat verib.

Əsər "Min bir gecə nağılları"nın motivləri əsasında yazılıb. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Əsəri türk dilindən çevirən Mehman Musabəylidir.

Tamaşada əsas rolları Kamil Məmmədov, Kəmalə Məmmədova, əməkdar artist Novruz Cəfərov və başqaları ifa edir.

Qeyd edək ki, Gəncə teatrının baş rejissoru İradə Gözəlova Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri əsasında tamaşa hazırlayır. Səhnə əsərinin son məşqləri gedir. Tamaşa mayın sonunda təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi