Gənc Tamaşaçılar Teatrının kollektivi Biləsuvarda olub

Gənc Tamaşaçılar Teatrının kollektivi Biləsuvarda olub Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvləri ilə görüş keçirilib
İncəsənət
16 Yanvar , 2015 20:27
Gənc Tamaşaçılar Teatrının kollektivi Biləsuvarda olub

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na müvafiq olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin, Mərkəzin Qadınlar Şurasının, Məlhəm Humanist Qadınlar İctimai Birliyinin, Şəhid Anaları Mərkəzinin birgə layihəsi çərçivəsində Biləsuvar rayonunda görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə xəbəri GTT-nın mətbuat xidməti yayıb.

Öncə Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında ulu öndər Heydər Əliyevin heykəli önündə onun əziz xatirəsi yad edilib. Sonra dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi, qohumları və buraya gələnlərlə görüş olub, Milli Qəhrəmanın muzeyi və rayonun Şəhidlər Xiyabanı ziyarət edilib.

Teatr kollektivinin ifasında xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası, “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində şair Fəridə Ləmanın Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Təəssüb” poeması əsasında “Mübarizli Vətən”, şair Şövkət İmaminin Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr etdiyi “Zirvələr fatehi Gültəkin” poeması əsasında eyniadlı ədəbi-musiqili kompozisiyalar ictimaiyyətə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi