Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrında “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi açılacaq

    Tədbir Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunub

    Bakı. 28 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

    Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

    Martın 10-da baş tutacaq tədbirdə teatrın quruluşçu rejissoru rəssamı Elşən Sərxanoğlunun teatr tamaşalarına çəkdiyi eskizlərdən ibarət “Pərdənin o üzü” adlı fərdi yaradıcılıq sərgisi nümayiş etdiriləcək. Teatrın foyesində sərgilənəcək “Pərdənin o üzü”ndə teatrın cari repertuarında olan tamaşaların eskizləri göstəriləcək.

    Sərgidən sonra səhnədə Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin Milli Teatr Gününə həsr olunmuş çıxışları olacaq.

    Çıxışlardan sonra ölməz dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri Xani –Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

    Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Xalq Artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

    Tamaşada rolları Əməkdar Artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Eşqin Quliyev ifa edəcəklər.

    Məlumat üçün bildirək ki, Azərbaycan Milli Peşəkar Teatrının təməli Bakı realnı məktəbinin teatr həvəskarlarının truppası tərəfindən 1873-cü il martın 10-da qoyulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi