Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək

Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək Tamaşalara biletləri şəhərin bütün teatr-tamaşa müəssisələrinin kassalarından əldə etmək mümkündür
İncəsənət
23 May , 2017 20:41
Gənc Tamaşaçılar Teatrında bu həftə 8 tamaşa göstəriləcək

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 25-28-də səkkiz adda müxtəlif janrlı tamaşalar təqdim edəcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 25-də görkəmli dramaturq Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, ayın 26-da Y.Abramov və L.Bəyimin aprel şəhidlərinin xatirəsinə həsr etdikləri “Yarımçıq qalmış”, ayın 27-də saat 12.00 və 14.00-da məktəblilər üçün A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, axşam, böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və mayın 28-da Respublika Günü münasibətilə saat 12.00, 14.00 və 16.00-da A.Tolstoyun “Buratinonun macəraları” tamaşaları nümayiş etdiriləcək.

Tamaşalara biletləri şəhərin bütün teatr-tamaşa müəssisələrinin kassalarından, ASAN Xidmət Mərkəzinin filiallarından, habelə, www.iticket.az saytına daxil olmaqla onlayn vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi