Gənc Tamaşaçılar Teatrı "Tamaşaların paradı"na hazırlaşır

Gənc Tamaşaçılar Teatrı "Tamaşaların paradı"na hazırlaşır Martın 20-də Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə tədbir keçiriləcək
İncəsənət
23 Fevral , 2016 11:17
Gənc Tamaşaçılar Teatrı Tamaşaların paradına hazırlaşır

Bakı. 23 fevral. REPORT.AZ/ Martın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Tamaşaların paradı" olacaq.

"Report" xəbər verir ki, tədbir 20 mart - Dünya Uşaq və Gənclər Teatr Gününə həsr edilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin üzvüdür.

"Dünya Uşaq və Gənclər Teatr gününü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) təsis edib. 2011-ci ildən sözügedən quruma üzv olan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günün xüsusi qeyd edilməsini artıq adət halına gətirib.

"Ana, məni bu gün teatra apar" devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir. Məhz bu səbəbdən, martın 20-də Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə - mart ayının 18-dən - 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrında "Tamaşaların paradı" adı altında tamaşalar bayramı təqdim ediləcək.

Dünyanın 104-dən artıq ölkəsinin qoşulduğu Beynəlxalq ASSİTEJ-in hər bir Milli Mərkəzində bu günlə bağlı xüsusi hazırlıqlar görülür.

Yeni hazırlanan uşaq tamaşaları, sərgilər, master-klass və treninqlər bu xüsusi günün ayrılmaz hissəsinə çevrilir. Bu münasibətlə martın 18-də "Möcüzəli turp" (Rus xalq nağılı), eləcə də cari repertuarda olan "Tıq-tıq xanım" (A.Şaiq), Qoğalın nağılı" (xalq nağılı) və "Dəcəl keçi" (P.Nurəliyeva) tamaşaları nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi