Yuxarı

Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünü başa vurub

Mövsümə Tovuzda yekun vurulub

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrdəki qastrol səfərini başa vuraraq geri dönüb. "Report" xəbər verir ki, qastrol səfəri iyulun 4-dən start götürərək Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında davam edib. 

Yaradıcı heyət həmin bölgələrdə Azərbaycan Milli dramaturgiyasının banisi M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan" tamaşası ilə çıxış edib. Bununla da Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.

Qeyd edək ki, qastrol səfəri Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi