Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümə Astarada yekun vuracaq

Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümə Astarada yekun vuracaq Teatr cənub bölgəsində qastrol səfərindədir
İncəsənət
1 İyul , 2016 14:23
Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümə Astarada yekun vuracaq

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünə Astarada yekun vuracaq.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Ölkənin bölgələrində qastrol səfərində olan Gənc Tamaşaçılar Teatrının kollektivi V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanan “Ağ ölüm” tamaşasını ötən gün Yardımlı və Lənkəran rayonlarında nümayiş etdirib.

Bu gün Lerikdə çıxış edəcək teatrın sonuncu tamaşası iyulun 2-də Astara rayonunda olacaq.

Bununla da, Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü başa vuracaq.



Son xəbərlər

Orphus sistemi