Yuxarı
    Bağlamaq

    "Gazelli Art House" Bakıdakı fəaliyyətini bərpa edib

    Tanınmış rəssamların işlərinin də burada sərgilənməsi nəzərdə tutulur

    Bakı. 23 iyun. REPORT.AZ/ Beynəlxalq və regional rəssamların əsərlərinin sərgiləndiyi "Gazelli Art House" Bakıdakı fəaliyyətini bərpa edib.

    "Report" xəbər verir ki, iyunun 22-də baş tutan açılış mərasimində mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar iştirak ediblər.

    Qalereyanın yaradıcısı və direktoru Mila Əsgərova bildirib ki, “Gazelli Art House”un başlıca məqsədi Azərbaycan rəssamlarını dünyada, xariciləri isə Azərbaycanda tanıtdırmaqdır: “Qalereyada ildə 4 dəfə, hər fəsil yeni sərgilər təşkil ediləcək. Yaxın vaxtlarda regiondan, İrandan, Türkiyədən, Birləşmiş Ərəb Əmirliklərindən və sairə ölkələrdən olan tanınmış rəssamların işlərinin də burada sərgilənməsi nəzərdə tutulur. Bununla da məqsədimiz həm gənc rəssamlara dəstək olmaq, həm də ölkəmizdə bu sahədə aparılan işlərə öz töhfəmizi verməkdir".

    Burada sentyabrın 17-nə qədər rəssamlar Əziz və Kuçer, Ben Triklbank, Şarlotta Kolbert, Françesko Jodis, Covanni Ozola, Ceyms Ostrer, Ceyn Makadam Freyd, Kaliopi Lemos, Niyaz Nəcəfov, Filip Kolbert, "Revycle Group", Saad Qureşi, Stenli Kaselman, Uolter və Zoniel, Aaron Koblin, Aron Demetz, Do Ho Su, Kyunq Vu Han, Piter Aleksandr və Şanr Hurun əsərləri sərgilənəcək.

    Qeyd edək ki, "Gazelli Art House" 2003-cü ildə Bakıda təsis edilib. 2010-cu ildən etibarən Londonda konseptual baxımdan bir-biri ilə əlaqəli xarici sərgilər keçirib. Mila Əsgərova 2012-ci ilin mart ayında Londonda yeni qalereya məkanı təsis edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi