Füzuli Dövlət Dram Teatrı yeni binaya köçüb

Füzuli Dövlət Dram Teatrı yeni binaya köçüb Horadiz şəhər Mədəniyyət evi Füzuli Dövlət Dram Teatrının balansına verilib
İncəsənət
10 Mart , 2015 13:03
Füzuli Dövlət Dram Teatrı yeni binaya köçüb

Bakı. 10 mart. REPORT.AZ/ Füzuli Dövlət Dram Teatrı Horadiz şəhər Mədəniyyət evində fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, Horadiz şəhər Mədəniyyət evi əsaslı təmirdən sonra Füzuli Dövlət Dram Teatrının balansına verilib. Binanın birinci mərtəbəsində Füzuli Dövlət Dram Teatrı, ikinici mərtəbəsində isə rayon Mədəniyyət və Turizm şöbəsi və onun tabeliyində olan qurumlar fəaliyyət göstərir.

Mədəniyyət Sarayının ümumi sahəsi 1472 kvadratmetr olan ikimərtəbəli bina şəklində inşa olunub. Binada yenidənqurma işlərinin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Binanın tamaşa zalında 135 tamaşaçı yeri var. Bu gün yüksək səviyyədə inkişaf edən Azərbaycan teatrının bir qolu olan Füzuli Dövlət Dram Teatrının daha rahat şəraitdə işləməsini nəzərə alan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Horadiz şəhər Mədəniyyət evinin əmlakı ilə birlikdə Füzuli Dövlət Dram Teatrının balansına verilməsi haqqında əmr imzalayıb.

Qeyd edək ki, 1989-cu ildə yenidən fəaliyyətə başlayan Füzuli Dövlət Dram Teatrı rayonun işğaı edilməsindən sonra bir müddət Bakıda fəaliyyət göstərib.

2014-cü ildən isə teatr doğma torpağına qayıdaraq Horadizdə fəaliyyətini bərpa edib.

Son xəbərlər

Orphus sistemi