Fransanın tanınmış fotoqrafı Mark Ribu vəfat edib

Fransanın tanınmış fotoqrafı Mark Ribu vəfat edib 93 yaşlı fotoqrafın çəkdiyi fotolar dünyanın bir neçə muzeyində qorunur
İncəsənət
31 Avqust , 2016 20:29
Fransanın tanınmış fotoqrafı Mark Ribu vəfat edib

Bakı. 31 avqust. REPORT.AZ/ Fransalı tanınmış fotoqraf, fotojurnalist Mark Ribu vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 93 yaşlı fotoqraf uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Mark Ribu 1923-cü ildə doğulub. O, 14 yaşından foto çəkməyə başlayıb. Uzun həyatı ərzində Türkiyə, Əfqanıstan, Əlcəzair, Pakistan, İran, Çin, Vyetnam, Rusiya, ABŞ və s. ölklərdə çalışıb.

M.Ribu 85 yaşında AŞB-da prezident Barak Obamanın seçki kompaniyasında çalışıb. Ona məşhurluq gətirən fotosu 1953-cü ildə çəkdiyi "Eyfel qülləsində rəngsaz" əsəri olub.

Tanınmış fotoqrafın çəkdiyi fotolar dünyanın bir neçə muzeyində qorunur.

Son xəbərlər

Orphus sistemi