Fransada Avropanın ən nüfuzlu teatr festivalı başlayıb

Fransada Avropanın ən nüfuzlu teatr festivalı başlayıb 70-ci Avinyon Teatr Festivalı iyulun 24-dək davam edəcək
İncəsənət
7 İyul , 2016 14:50
Fransada Avropanın ən nüfuzlu teatr festivalı başlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Fransanın Avinyon şəhərində Avropanın ən qədim teatr festivalının açılışı olub.

"Report" xəbər verir ki, teatr festivalının bu il 70 yaşı tamam olur. 1947-ci ildən keçirilən Avinyon Teatr Festivalında dünyanın bir çox ölkələrindən gəlmiş teatr truppaları iştirak edir. Bu festivalının nüfuzu Kann Kino Festivalı ilə eyni səviyyədə qiymətləndirilir. 

İyulun 6-da başlayan festivalda Fransa, İspaniya, Litva və Rusiyadan olan tanınmış teatr truppaları ilə bərabər, gənc peşəkar aktyorlar və həvəskarlardan ibarət teatr tpuppaları da qatılıb. Festivalda teatr truppaları ilə yanaşı, sirk artistləri də iştirak edir.

Hər il minlərlə adamın izlədiyi festival başlayan günədək 120-140 min bilet satılıb. Festival təşkilatçıları teatrsevər tamaşaçıları da unutmayıb. Bu il festivala 20-30 min adam pulsuz tamaşa edəcək. 

Avinyon Teatr Festivalının ötən il ümumi büdcəsi 13,3 milyon avro olub.

Teatr festivalının açılış günündə Rusiya teatrı N.V.Qoqolun "Ölü canlar" əsəri əsasında Kirill Serebrennikovun hazırladığı tamaşanı göstərib. 

Qeyd edək ki, 70-ci Avinyon Teatr Festivalı iyulun 24-dək davam edəcək.  

Son xəbərlər

Orphus sistemi