​"Forsaj-8" 2017-ci ildə ekranlara çıxacaq

​"Forsaj-8" 2017-ci ildə ekranlara çıxacaq Bu barədə aktyor Vin Dizel məlumat verib
İncəsənət
24 Aprel , 2015 05:55
​Forsaj-8 2017-ci ildə ekranlara çıxacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Aktyor Vin Dizel Las-Veqasda "CinemaCon" iri kinoteatr sahibləri konfransında bildirib ki, "Forsaj" filminin 8-ci hissəsi 14 aprel 2017-ci ildə ekranlara çıxacaq.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə o, cümə günü MTV telekanalına məlumat verib.

"Biz sizin indiyə qədər seyr edə biləcəyiniz ən yaxşı filmi çəkməyi planlaşdırırıq", - deyə amerikalı aktyor qeyd edib.

Hazırda sonuncu olan "Forsaj-7" Azərbaycanda aprelin 9-da ekranlara çıxıb.

Son xəbərlər

Orphus sistemi