Yuxarı
    Bağlamaq

    Filarmoniyada Xocalı soyqırımı anılacaq

    Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək

    Bakı. 9 fevral. REPORT.AZ/ Fevralın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xocalı soyqırımına həsr olunan anım mərasimi keçiriləcək.

    "Report" xəbər verir ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin çıxış edəcəyi anım mərasimində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

    Qeyd edək ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi