Yuxarı
    Bağlamaq

    Fəxrəddin Manafov Kazanova obrazını ifa edəcək

    Rus Dram Teatrında Kazanova: Sevgi dərsləri tamaşası hazırlanır

    Bakı. 19 fevral. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşası hazırlanır. Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.

    Bu barədə "Report"a Rus Dram Teatrından məlumat verilib.

    Kazanova obrazını Rus Dram Teatrının səhnəsində ilk dəfə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov ifa edəcək.

    Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

    Tamaşada xalq artisti Yuri Baliyev, əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

    Digər obrazları Rus Dram Teatrının aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcək.

    Hazırda məşqləri gedən tamaşanın premyerası apreldə olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi