Faiq Ağayev yeni klipinin təqdimatını keçirib - VİDEO

Faiq Ağayev yeni klipinin təqdimatını keçirib - VİDEO Bakı. 1 oktyabr. REPORT.AZ/ CinemaPlus Gənclik Mall”da xalq artisti Faiq Ağayevin “Gözüm Dəyməsin Sənə” klipinin təqdimatı keçirilib.
İncəsənət
1 Oktyabr , 2018 17:48
Faiq Ağayev yeni klipinin təqdimatını keçirib - VİDEO

Bakı. 1 oktyabr. REPORT.AZ/ "CinemaPlus Gənclik Mall”da xalq artisti Faiq Ağayevin “Gözüm Dəyməsin Sənə” klipinin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, mahnının musiqisi Nadir NağdPul, sözləri Cavid Şahbazbəyova məxsusdur.

Xalq artisti bildirib ki, klip komediya janrında çəkilib: "Şəhər sakinlərinin bir gününü və məhəbbəti göstərən klipdə əksər məşhur simaları bir araya gətirmişik. Çəkilişlər iki məkanda həyata keçirildi. Bunun üçün dəstəyə görə xüsusilə Baku Business Factory (BBF) və "Ağ Şəhər" rəhbərliyinə təşəkkür edirəm".

Təqdimatın təşkilinə “Maya” meksikan restoranı, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları dəstək veriblər.

Klip 2018-ci il iyunun 27-30-da Bakıda çəkilib.

Klipin rejissoru Nail Naiboğlu, ssenari müəllifi Aleks Anişenko, operatoru Delee, montajçı Əhməd Əli, rəng korreksiyası Emin Muradov, səs rejissoru Teymur Abdullayev, prodüseri Faiq Ağayevdir.

Rollarda xalq artisti Murad Dadaşov, əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, Tünzalə Aliyeva, Sona Babayeva, Mirzə Ağabəyli, Nadir NağdPul, Ramil Nabran, rəqqasə Fatimə Fətəliyeva və oğlu Hüseyn, stilisti Roman Məmmədov, aktrisa Mənsurə Əliyeva, Şahin Hüseynovun rəhbərlik etdiyi "Grifon" rəqs qrupu çəkiliblər.

Çəkilişlər BBF-in ofisində və "Ağ Şəhər"də həyata keçirilib.

Klip oktyabrın 1-dən eksklüziv olaraq "MTV Azərbaycan" kanalında, oktyabrın 6-dan isə Faiq Ağayevin rəsmi YouTube kanalında, TMB kanalında, "Connect" kabel televiziyasının efirində, həmçinin yerli telekanallarda yayımlanacaq.

Foto/Video: Firi Salim

Son xəbərlər

Orphus sistemi