Yuxarı

ƏSA Teatrı ilk tamaşasını növbəti dəfə təqdim edəcək

Yanvarın 22-də “DUMB Mərhələsinin Əsası” yenidən nümayiş olunacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ ƏSA Teatrı ilk tamaşasını növbəti dəfə təqdim edəcək. 

Teatrdan "Report"a verilən məlumata görə, yanvarın 22-də “DUMB Mərhələsinin Əsası” yenidən nümayiş olunacaq. Bu məqsədlə Xəzər Universiteti teatral zalını ƏSA Teatrının yenidən istifadəsinə verib. 

Psixo-dram janrında qurulmuş tamaşa bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edir. Belə ki, bütün həyatını aldığı travmadan qurtulmağa həsr edən və yanlış istiqamətlənən qəhrəman bütün günahları ətrafında baş verən hadisələrdə və şəxslərdə görür. Lakin o, bununla da kifayətlənmir.

Səhnə əsərində rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edəcək.Tamaşanın müəllifi Fərid Kazakov, rəssamı Naz Ramizqızı, dizayn tərtibatçısı Naz Ramizqızı, musiqi tərtibatçısı Nicat Qulamdır.

Qeyd edək ki, ƏSA Teatrı əlil aktyorlardan ibarət müstəqil teatrdır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi