Yuxarı

Əməkdar incəsənət xadimi üç yeni tamaşa hazırlayır

Hər üç tamaşa bir neçə aydan sonra tamaşaçılara təqdim olunacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov üç yeni əsərin məşqinə başlayıb.

Bu barədə "Report"a rejissor özü məlumat verib.

O bildirib ki, hazırda Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" adlı yeni əsərinin məşqlərinə başlanılıb.

Oruc Qurbanov baş rejissoru olduğu İrəvan Dövlət Dram Teatrının səhnəsində S.M.Qənizadənin vodevilləri əsasında "Məxfi xor-xor əməliyyatı" və C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" əsəri əsasında yeni tamaşanın məşqlərinə də başlayıb.

Hər üç tamaşa bir neçə aydan sonra tamaşaçılara təqdim olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi