Yuxarı

Əməkdar artist əməliyyat olunub

İndi özümü yaxşı hiss edirəm

Bakı. 21 iyul. REPORT.AZ/ Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Məsmə Aslanqızı əməliyyat olunub.

Bu barədə "Report"a əməkdar artistin özü məlumat verib.

O, hazırda özünü yaxşı hiss etdiyini deyib: "Dörd ildir qalxanvari vəzim mənə əziyyət verirdi. Son vaxtlar ağrılar kəskinləşmişdi. Həkimə müraciət etdim. Təcili əməliyyat olunmağımı məsləhət bildilər. İyulun 17-də əməliyyat olundum. Hazırda xəstəxanadan evə buraxılmışam. İndi özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Məsmə Aslanqızı 1996-cı ildən Akademik Milli Dram Teatrının truppasında çalışır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi