Yuxarı
    Bağlamaq

    Əməkdar artist ad gününü televiziyada qeyd edir

    Sabir Məmmədovun 54 yaşı tamam olur

    Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədovun doğum günüdür. Aktyor ad gününü televiziyada qeyd edir.

    Sabir Məmmədov "Report"a açıqlamasında ad günü olsa da, xüsusi təbrik, hədiyyə gözləmədiyini deyib: "Mənim üçün ən gözəl hədiyyə odur ki, canım sağdır və sənətimlə, işimlə məşğul oluram. Hazırda televiziyaya, dublyaja tələsirəm. Axşam isə dostumun qızının toyunda qonaq kimi iştirak edəcəm. Bu gün ad günümü evdə keçirə bilməyəcəm. Səhər açılandan işlərimlə məşğulam. Aktyorun ən yaxşı ad günü səhnədə keçir".

    Qeyd edək ki, Sabir Məmmədov 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Görkəmli sənətkar Həsənağa Turabovun tələbəsi olan Sabir Məmmədov müəlliminin istəyi ilə Akademik Milli Dram Teatrına dəvət olunur. Milli Dram Teatrının səhnəsində bir-birindən maraqlı obrazlar yaradan aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi