Əli Əmirlinin 70 illik yubileyi qeyd olunub

Əli Əmirlinin 70 illik yubileyi qeyd olunub Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində yazıçı Əli Əmirlinin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
İncəsənət
1 Noyabr , 2018 12:33
Əli Əmirlinin 70 illik yubileyi qeyd olunub

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində  yazıçı Əli Əmirlinin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

İdarədən "Report"a verilən xəbərə görə, tədbirdə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artistləri, Prezidentin fəxri təqaüdçüləri Afaq Bəşirqızı, Şükufə Yusupova, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, əməkdar incəsənət xadimi Bəhram Osmanov, əməkdar artist Məsmə Aslanqızı, rejissor, aktyor Şərif Qurbanəliyev və digər qonaqlar iştirak ediblər.

Aparıcı yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Daha sonra yubilyarın sənət dostları yazıçı-dramaturqun yaradıcılığından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Ə.Əmirli "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri Bakı teatr səhnələrində tamaşaya qoyulub. O, hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir.

Qeyd edək ki, Əli Əmirli 2000-ci ildə beynəlxalq ”Humay İlahəsi” mükafatına layiq görülüb. 2015-ci ildə isə ona əməkdar incəsənət xadimi fəxri adı verilib. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda "Azərbaycan" ədəbiyyat jurnalının redaksiya heyətinin və Dövlət Gənc tamaşaçılar Teatrının Bədii Şurasının üzvüdür. Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur.

Son xəbərlər

Orphus sistemi