Yuxarı

Ələsgər Məmmədoğlunun rolunu oynayacaq aktyor müəyyənləşib

Mərhum aktyorun Xəcalət tamaşasında ifa etdiyi rolda Əlvida Cəfərov çıxış edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar yanvarın 17-də Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun "Xəcalət" tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşada mərhum aktyor, əməkdar artist Ələsgər Məmmədoğlunun canlandırdığı rolda aktyor Əlvida Cəfərov çıxış edəcək.

Bu yaxınlarda "Əməkdar artist" fəxri adı alan Əlvida Cəfərov "Xəcalət" tamaşasında uzun illər əməkdar artist Məzahir Cəlilovla birlikdə həkim rolunun dublyoru olub.

Xatırladaq ki, "Хəcalət" pyesində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşanın quruluşçu rejissoru - əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı - əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı - xalq artisti Səyavuş Kərimidir.

Tamaşada rolları - xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Məzahir Cəlilov, Əlvida Cəfərov və Xədicə Novruzova ifa edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi