Yuxarı

Toğrul Nərimanbəyovun qızının əl işi Parisdə nümayiş edilib

Əsmər Nərimanbəyova atasının sənət yolunu davam etdirir

Bakı. 8 aprel. REPORT.AZ/ Parisin Vlll rayonundakı "Rus dünyası" qalereyasında "Qadın incəsənəti" (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

"Report" xəbər verir ki, sərgidə Azərbaycanı, əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.
Sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Qadın incəsənəti" Assosiasiyası 2007-ci ildə yaradılıb, Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi var. "Qadın incəsənəti" müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir.

Xatırladaq ki, Əsmər Nərimanbəyova Azərbaycanın görkəmli rəssamı, məşhur Toğrul Nərimanbəyovun qızıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi