Yuxarı

Dövlət Pantomima Teatrı yeni tamaşanın premyerasına hazırlaşır

Son ştrix adlı tamaşanın quruluşçu rejissoru Bəxtiyar Xanızadədir

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Pantomima Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.

Bu barədə "Report"a Pantomima Teatrından məlumat verilib.

Belə ki, dekabrın 6-da teatrda Bəxtiyar Xanızadə və Bəhruz Vaqifoğlunun "Son ştrix" adlı tamaşası nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru, Pantomima Teatrının baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadədir.

Rollarda əməkdar artist, Elman Rəfiyev, Bəhruz Vaqifoğlu, Ceyhun Dadaşov, Elnur İsmayılzadə, Əli Əlizadə və Nurlan Rüstəmov iştirak edir.

Qeyd edək ki, tamaşa dekabrın 6, 7, 13 və 21-də Pantomima Teatrında nümayiş ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi