Dövlət Filarmoniyasının mart ayı üçün tədbirlər planı açıqlanıb

Dövlət Filarmoniyasının mart ayı üçün tədbirlər planı açıqlanıb "Report" Filarmoniyanın mart ayına olan tədbirlər planını təqdim edir
İncəsənət
28 Fevral , 2017 17:21
Dövlət Filarmoniyasının  mart ayı üçün tədbirlər planı açıqlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasının bu ilin mart ayı üçün tədbirlər planı açıqlanıb.

"Report" filarmoniyanın mart ayına olan tədbir planını təqdim edir:

01.03.17 Çərşənbə Bakı Musiqi Akademiyasının professoru Oqtay Abbasquliyevin xatirəsinə həsr olunan konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Yalçın Adıgözəlov

Solistlər – Tofiq Şıxiyev (piano), Samir Mirzəyev, Tutu Aydınoğlu

Başlanır 19:00

03.03.17 Cümə Azərbaycan Televiziyası, Mədəniyyət kanalı, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi

“Sənət ocağı” adlı konsert

“Həmahəng” xalq çalğı alətləri orkestrinin müşayəti ilə

Bədii rəhbər və dirijor - Arif Məhərrəmov

Başlanır 19:00

07.03.17 Çərşənbə axşamı Əməkdar İncəsənət Xadimi, bəstəkar Azər Dadaşovun 70 illiyinə həsr olunan konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Fəxrəddin Kərimov

Azərbaycan Dövlət Xor Kapellası

Bədii rəhbər – Gülbacı İmanova

Başlanır 19:00

15.03.17 Çərşənbə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bədii rəhbər və baş dirijor - Teymur Göyçayev Başlanır 19:00
16.03.17 Cümə axşamı Görkəmli dirijor, Azərbaycan Respublikasının Xalq Artisti, professor Kamal Abdullayevin 90 illiyinə həsr olunan konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev Başlanır 19:00
17.03.17 Cümə Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri “Bahar gəlir yurduma” Başlanır 19:00
21.03.17 Çərşənbə axş. “Novruz bayramı” münasibətilə rəqs festivalı Başlanır 15:00
25.03.17 Şənbə “Günay” İran milli rəqs qrupunun konserti Başlanır 19:00
29.03.17 Çərşənbə H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Fəxrəddin Kərimov

Başlanır 19:00

31.03.17 Cümə Azərbaycanlıların Soyqırımı gününə həsr olunan anım mərasimi

Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bədii rəhbər və baş dirijor - Teymur Göyçayev

Başlanır 19:00

Filarmoniya Kamera və Orqan musiqi zalı

02.03.17 Barokko musiqisi axşamı Solist – Xurşid Abdullayeva (klavesin),

İştirak edirlər - Kristina Rəhimova (soprano), İlham Nəzərov (kontratenor)

Başlanır 19:00

07.03.17 Çərş.axş. “Gənclərə dəstək” adlı layihə çərçivəsində “8 Mart” Beynəlxalq Qadınlar gününə həsr olunan konsert Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bədii rəhbər və baş dirijor – Teymur Göyçayev

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri

Başlanır 19:00

11.03.17 Şənbə “Gənclərə dəstək” adlı layihə çərçivəsində konsert Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin konserti Başlanır 15:00
14.03.17 Çərş. axş. Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Bədii rəhbər və baş dirijor – Faiq Sadıqov

Solist – Səbuhi Cəfərov

Başlanır 19:00

28.03.17 Çərş.axş. Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri Gənc pianoçuların konserti Başlanır 19:00
29.03.17 Çərşənbə Barokko Musiqisi Axşamı Başlanır 19:00

Son xəbərlər

Orphus sistemi