Yuxarı
    Bağlamaq

    Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb

    Amerika prezidenti Nyu-Yorkdakı Tramp Tower göydələnini təsvir edib

    Bakı. 28 iyul. REPORT.AZ / ABŞ prezidenti Donald Trampın çəkdiyi şəkil hərracda 29 min dollara satılıb.

    "Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Nate D. Sanders Auctions" hərrac evinin rəsmi saytında bildirilir.

    Lotun başlanğıc qiyməti 9 min dollar olub. Bu şəkli Tramp 2005-ci ildə xeyriyyə təşkilatı üçün qara markerlə çəkib.

    Amerika prezidenti Nyu-Yorkdakı "Tramp Tower" göydələnini təsvir edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi