Yuxarı
    Bağlamaq

    Devid Boui ölümündən sonra dörd "Qremmi" mükafatına layiq görülüb

    Onun sonuncu Blackstar albomu dörd nominasiyada qalib olub

    Bakı. 13 fevral. REPORT.AZ/ Britaniyalı mərhum rok müğənni Devid Boui ölümündən sonra Los-Ancelesdə keçirilən 59-cu təntənəli mükafatlandırma mərasimində dörd "Qremmi" musiqi mükafatına layiq görülüb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, onun sonuncu "Blackstar" albomu dörd nominasiyada - "Ən yaxşı alternativ albom", "Qeyri-klassik albomun ən yaxşı injinirinqi", "Ən yaxşı rok ifaçı" və "Ən yaxşı rok kompozisiya" nominasiyalarında qalib olub.

    "Ən yaxşı albom dizaynı" nominasiyasında mükafatı "Blackstar"ın üz qabığı və bukletlərini hazırlamış dizayner Conatan Barnbruk qazanıb.

    Amerikalı müğənni Beyonse də 21-ci "Qremmi" mükafatının sahiblərindən olub. O, bu dəfə "Fotmation" mahnısına çəkdirdiyi klipə görə "Ən yaxşı musiqili video" nominasiyasının qalibi olub.

    Xatırladaq ki, D.Boui ötən il yanvarın 10-da 69 yaşında vəfat edib. Bundan iki gün əvvəl - musiqiçini doğum günündə isə onun son albomu olan "Blackstar" işıq üzü görüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi