Yuxarı

Dərbənd teatrında "Danabaşlar" tamaşasının premyerası keçiriləcək

Premyera Dərbənd şəhərində yerləşən Ləzgi Dövlət Dram Teatrının binasında olacaq

Bakı. 24 may. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək.  

Teatrın baş rejissoru Ərtoğrul Kamalov "Report"a açıqlamasında deyib ki, iyunun 2-də Cəlil Məmmədquluzadənin "Danabaşlar" əsərini nümayiş etdirəcəklər.

Onun sözlərinə görə, tamaşanın ideya xətti Cəlil Məmmədquluzadənin əsərindəki "oxumaq işıq, oxumamaq qaranlıq" ideyasından götürülüb: "Zülmət cəhalətin, işıq isə elmin, tərəqqinin rəmzidir. Bu da tamaşada müəyyən simvolika ilə öz əksini tapır. Amma tamaşa Kərbəlayilərin, Əhmədin və bütün bu personajların bədbəxtçilikləri ilə yekunlaşmır. Bir ümid və işıq yolu var. Seçim yenə tamaşaçınındır".

Birhissəli komediyanın quruluşçu-rejissoru Mir Sahib Ağazadəyə, musiqi tərtibatı isə Mir Sahib Agazadə və Amid Qasımova məxsusdur.

Tamaşanın quruluşçu-rəssamı teatrın baş rəssamı Naidə Əlimətovadır.

Tamaşanın premyerası Dərbənd şəhərində yerləşən Ləzgi Dövlət Dram Teatrının binasında olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi