Deputat: "Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qəzalı vəziyyətdə olması məni narahat edir"

Deputat: "Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qəzalı vəziyyətdə olması məni narahat edir" Tbilisi. 21 dekabr. REPORT.AZ/ Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qəzalı vəziyyətdə olması Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevi narahat edir.
İncəsənət
21 Dekabr , 2017 17:06
Deputat: Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qəzalı vəziyyətdə olması məni narahat edir

Tbilisi. 21 dekabr. REPORT.AZ/ Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının qəzalı vəziyyətdə olması Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevi narahat edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, deputat S.Mirzəyev dekabrın 21-də hökumət üzvlərinin parlamentdəki çıxışları zamanı Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Georqadzeyə sualla müraciət edib. Deputat Teatrın binasının qəzalı vəziyyətdə olduğunu diqqətə çatdırıb və bu mədəniyyət ocağının nə zaman təmir olunacağı ilə maraqlanıb. S.Mirzəyev həmçinin Teatr kollektivinin əmək haqlarının az olduğunu, bu məsələyə də aydınlıq gətirilməsini tələb edib.

S.Mirzəyev Gürcüstanın barış və vətəndaş bərabərliyi naziri Ketevan Cixelaşviliyə də sualla müraciət edib. O, nazirdən milli azlıqlardan olan tələbələrin dövlət strukturlarında staj keçmələri və gələcəkdə işlə təmin olunmaları istiqamətində atılacaq addımlarla maraqlanıb.

Son xəbərlər

Orphus sistemi