Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb

Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb Oğurlanan əşyaların dəyəri müəyyənləşdirilir
İncəsənət
11 İyun , 2017 10:29
Dağıstanda Azərbaycan şahına məxsus qılınc və daha 90 eksponat oğurlanıb
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.

"Report" “AiF-Daqestan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.

Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.

DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb.

Son xəbərlər

Orphus sistemi