Yuxarı
    Bağlamaq

    "Çölçü" filmi yenidən festivalda iştirak edəcək

    Filmin iştirak etdiyi Beynəlxalq  Festivalların sayı 25-i ötüb

    Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 27-dən 29-dək Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində “Akbuzat” Beynəlxalq Milli və Etnik Kinofestivalı keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının yaydığı məlumatda bildirilib. Beynəlxalq festivalda rejissor Şamil Əliyevin "Çölçü" filmi nümayiş ediləcək. 

    Müsabiqəyə Azərbaycan, Kuba, İran, İraq, Pakistan, Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Bolqarıstan və Türkiyədən 150 film təqdim olunub. Filmlər üç bölümdə - tammetrajlı, qısametrajlı bədii və sənədli filmlərin bütün janrları üzrə olacaq.
    Seçim turunun əsas mərhələsinə 10 bədii, 9 qısametrajlı, 15 sənədli film keçib. Əsas müsabiqədəki filmlər ən yaxşı rejissor, operator, ssenari üzrə mükafatlar və baş mükafat uğrunda yarışacaq.
    Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 25 beynəlxalq kinofestivalı və forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb.
    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
    Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonrakı həyatında baş verənlər üzərində qurulub.





    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi