Yuxarı
    Bağlamaq

    “CinemaPlus” kinoteatrında “Kunq-fu Panda 3” animasiya filmin nümayişi başlayır

    Film sabahdan etibarən kinoteatrın ekranlarında yayımlanacaq

    Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” dünyada ən məşhur animasiya franşizlərindən hesab olunan – “Kunq-fu Panda 3” filminin nümayişinə başlayır.

    "Report" xəbər verir ki, film yanvarın 28-dən etibarən kinoteatrın ekranlarında yayımlanacaq.

    Filmin yeni hissəsində Ponun çoxdan itən atası gəlir və onlar birlikdə pandaların sirli cənnətinə yola düşürlər və orada çoxlu yeni məzəli qəhrəmanlarla qarşılaşırlar. Lakin misilsiz gücə malik olan cani Kay bütün Çin üzrə kunq-fu ustalarını məhv etməyə başlayır. Po isə indi mümkün olmayanı etməlidir - o, həyatsevər, lakin yöndəmsiz pandaları öyrətməli və onlardan mükəmməl kunq-fu panda dəstələri düzəltməlidir.

    Qeyd edək ki, “CinemaPlus” "Azadlıq" prospekti 45 ünvanında, "28-mall" Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

    Xatırladaq ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib və “CinemaPlus” adlanır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi