"CinemaPlus Gənclik Mall"da "Dörd baş" filminin qalası keçirilib

"CinemaPlus Gənclik Mall"da "Dörd baş" filminin qalası keçirilib Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı CinemaPlus Gənclik Mallda komediya janrında olan Dörd baş” filminin qalası keçirilib.
İncəsənət
19 Aprel , 2018 21:58
CinemaPlus Gənclik Mallda Dörd baş filminin qalası keçirilib
Report/ Elchin Murad

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus Gənclik Mall"da komediya janrında olan "Dörd baş” filminin qalası keçirilib.

"Report" xəbər verir ki, filmin qalasında "Dörd baş”da rol alan aktyorlar, tanınmış incəsənət nümayəndələri, qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Natiq Novruzovdur. Filmdə əsas rolları Azər Axşam, Nofel Şahlaroğlu, Ceyhun Məmmədli, Natiq Fərzəliyev ifa ediblər.

Filmin süjet xəttinə görə, kənddə aktyorluqla məşğul olan Şərifin yuxusuna atası girir və özünü molla kimi təqdim eden fırıldaqçının ucbatından neytral zonada qaldığını deyir və Şərifin həyatı bu yuxudan sonra alt-üst olur. İş o yerə gəlib çıxır ki, onu həbs edirlər.

Filmdə bütün hadisələr bundan sonra cərəyan edir. Film aprelin 19-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi