Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da “Taksi 5” filminin Azərbaycan dilində dublyaj ilə təqdimat öncəsi nümayişi olub

    Tədbirdə filmin dublyajında yer alan aktyorlar və media nümayəndələri iştirak edib© Report

    Bakı. 17 aprel. REPORT.AZ/ "Gənclik Mall" ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında 17 aprel 19:40-da 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı olan “Taksi 5” filminin 2 gün öncədən nümayişi olub.

    "Report" xəbər verir ki, tədbirdə filmin dublyajında yer alan aktyorlar və media nümayəndələri iştirak edib.

    Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

    Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

    Ekran əsərinin rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.

    Filmin süjet xəttinə görə, Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü "Ferrari" avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir.

    “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi