"CinemaPlus"da "Qanlı Yanvar" filmi pulsuz nümayiş olunub

"CinemaPlus"da "Qanlı Yanvar" filmi pulsuz nümayiş olunub Kinoteatr komediya filmlərini repertuarından çıxarıb
İncəsənət
20 Yanvar , 2016 18:00
CinemaPlusda Qanlı Yanvar filmi pulsuz nümayiş olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" bu gün "Qanlı Yanvar" filmini pulsuz nümayiş etdirib. "Report" xəbər verir ki, kinoteatr, həmçinin komediya filmlərini repertuarından çıxarıb.

Xatırladaq ki, "Qanlı Yanvar" filminin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar. Ekran işi 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası - Xədicədir.

Qeyd edək ki, "CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. "28 Cinema" keçən ilin dekabr ayının 17-də adını dəyişərək "CinemaPlus" olub.

Son xəbərlər

Orphus sistemi