“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib - VİDEO

“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib - VİDEO Bu payız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdirilən “Joker” filmi ilk görüntüləri ilə Azərbaycan tamaşaçısının və kinomanların zövqüncə olub.
İncəsənət
16 Oktyabr , 2019 15:16
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib - VİDEO

Bu payız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdirilən “Joker” filmi ilk görüntüləri ilə Azərbaycan tamaşaçısının və kinomanların zövqüncə olub.

"Report" xəbər verir ki, filmə olan marağı nəzərə alan “CinemaPlus” komandası yaradıcı işləri ilə tamaşaçıları təəccübləndirib və maraqlı fləşmob keçirib.

Vaxt tapmayıb filmə baxmayanların tezliklə seanslara baş çəkməyi tövsiyə olunur, çünki film nümayişdən çıxa bilər.

“Joker” 2019-cu ilin ən yaxşı filmlərindən biridir. Hansı ki, artıq Venesiya Film Festivalında uğur qazanıb və “Qızıl şir” mükafatını alıb.

Bukmeykerlər güman edir ki, Xoakin Feniks 2020-ci ildə bu obrazına görə “Oskar” qazana bilər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi