"Cəngi" etno-caz qrupunun yaradıcısı konsert verəcək

"Cəngi" etno-caz qrupunun yaradıcısı konsert verəcək Mircavad Cəfərov solo-konsert proqramı ilə çıxış edəcək
İncəsənət
2 Dekabr , 2015 12:24
Cəngi etno-caz qrupunun yaradıcısı konsert verəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, "Cəngi" etno-caz qrupunun yaradıcısı Mircavad Cəfərov solo-konsert verəcək. 

"Report" xəbər verir ki, konsert, dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində olacaq.

Konsertdə M.Cəfərovun ifasında milli, caz və folklor üslubunda olan musiqilər səsləndiriləcək.

Qeyd edək ki, M.Cəfərov ud ustası və tarzən kimi tanınıb. "Cəngi" etno-caz qrupunun yaradıcısıdır və Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil edib.

Son xəbərlər

Orphus sistemi